Accessibility links

Trampın milli təhlükəsizlik məsələləri üzrə yeni müşaviri : Herbert Reymond MakMaster


Bazar ertəsi prezident Donald Tramp təhlükəsizlik məsələləri üzrə yeni müşaviri olaraq ABŞ ordusunun general leytenantı H.R. MakMasteri təyin edib.

Tramp MakMasteri “böyük istedad və təcrübəyə sahib insan” adlandırıb.

54 yaşlı West Point məzunu milli təhlükəsizlik müşaviri olaraq Maykl Flinni əvəz edir. Tramp keçmiş ordu generalı Flinni bir ay öncə, Tramp adminstrasiyası hakimiyyətə gəlmədən əvvəl, Rusiya səfiri ilə telefon danışıqları ilə bağlı vise-prezident Mayk Pensə yanlış məlumat verdiyinə görə vəzifəsindən istefa etməsini tələb edib. Ötən həftə Tramp Flinnin bu davranışının qəbuledilməz adlandırıb.

General Leytenant H.R. MakMaster
General Leytenant H.R. MakMaster

Bazar günü prezident bu vəzifə üçün dörd namizədlə görüşüb. Ağ Ev bu namizədlərin MakMaster, müvəqqəti olaraq təhlküəsizlik məsələləri üzrə müşavir vəzifəsini icra edən təqaüdə çıxmış ordu generalı Kis Kelloq, ABŞ-ın keçmiş BMT nümayəndəsi Con Bolton və ABŞ-ın West Point Hərbi Akademiyasının rəhbəri general Robert Kaslenin olduğunu bildirib.

Flinni əvəz edəcək namizədini açıqlayan Tramp eləcə də, Kelloqun Milli Təhlükəsizlik Şurasının kadrlar şöbəsinin sədri olacağını, Boltonun isə bir başqa vəzifəni icra edəcəyini deyib.

Bazar günü Trampın baş qərargah rəisi bildirib ki, Milli Təhlükəsizlik Şurasının kadrlarla bağlı məsələlərin tam səlahiyyəti Trampın milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə təyin etdiyi şəxsə həvalə olunacaq.

Ötən həftə Hərbi Dəniz Donanmasıının admiralı Robert Harvardın vəzifədən imtina etməsinə səbəbin də elə bu olduğu deyilir.

Harvard Trampın Flinin istefasından sonra onu əvəzləmək üçün ilk seçimi idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG