Accessibility links

Şimali Koreyaya maksimum təzyiq davam etdiriləcək


ABŞ Milli Təhlükəsizlik Müşaviri Makmaster deyib ki, Tramp administrasiyası Şimali Koreyanı nüvəsizləşdirmək məqsədi ilə bu ölkəyə maksimum təzyiq göstərmək siyasətini davam etdirməkdə qətiyyətlidir.

Makmaster deyib ki, prezident Şimali Koreya məsələsinin diplomatik yolla həllində nikbindir.

“Ona görə də bu istiqamətdə işləməyi davam etdirmək əzmindəyik və bizim bu gün BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müzakirələr aparmaq və maksimum təzyiq kampaniyasını davam etdirmək üçün ümumi məqsədimizi ifadə etmək imkanımız oldu. Biz hər birimiz bu imkandan yararlana biləcəyimizə inanırıq. Amma biz sözdən əmələ keçməyincə, nüvəsizləşdirilməyə doğru real tərəqqi əldə edilməyincə, maksimum kampaniyamızı davam etdirəcəyik” deyə Makmaster bildirib.

Nə Makmaster, nə də ABŞ-ın BMT-dəki səfiri Niki Heyli Trampın Şimali Koreya prezidenti Kim Conq Unla şəxsən görüşəcəyi barədə bir söz deyib.

XS
SM
MD
LG