Accessibility links

Argentina prezidenti Makri: “Hərbi müdaxilə gediləsi yol deyil”


Argentina prezidenti Maurisio Makri və ABŞ vitse-prezidenti Mayk Pens.
Argentina prezidenti Maurisio Makri və ABŞ vitse-prezidenti Mayk Pens.

Hal-hazırda Argentinada iqtisadiyyatı bərbad vəziyyətdə olan və adi qida məhsullarının qıtlığı yaşanan Venesealadan gəlmiş 60,000 qaçqın var.

Argentina prezidenti Maurisio Makri Venesuelaya demokratiya gətirmək məqsədilə hərbi müdaxilənin düzgün yol olmadığını deyən ən sonuncu Latın Amerika lideridir.

Makri və ölkəyə səfər edən ABŞ vitse-prezidenti Mayk Pens çərşənbə axşamı Buenos Ayresdə keçirdikləri görüşdən sonra müxbirlərin suallarını cavablandırıblar. Həmin görüş zamanı Pens, prezident Trampın Venesuela ilə bağlı niyyətini dəfələrlə təkrar edib.

“ABŞ, Venesuela dağılan zaman hərəkətsiz durmayacaq. Prezident çox aydın ifadə edib ki, ABŞ-ın bir neçə seçimi var və biz istənilən an reaksiya vermək hüququnu özümüzdə saxlayırıq. Amma biz inanırıq ki, Maduro rejiminə qarşı iqtisadi və diplomatik təzyiqlər ölkədə sülhün və demokratiyanın bərqərar olmasına təkan verə bilər.”

Makri deyib ki, Latın Amerikasında məsələnin hərbi yolla həll olunması fikrinə qarşı həmrəylik mövcuddur.

Hal-hazırda Argentinada iqtisadiyyatı bərbad vəziyyətdə olan və adi qida məhsullarının qıtlığı yaşanan Venesealadan gəlmiş 60,000 qaçqın var.

Pensin bu həftə davam edəcək Latın Amerikası turunda səfər edəcəyi növbəti ölkələr Çili və Panamadır.

XS
SM
MD
LG