Accessibility links

Fransa prezidentinin ABŞ-a rəsmi səfəri başlayıb

Fransa prezidenti Emmanuel Makron və onun xanımı Bricit Makron ABŞ-a rəsmi dövlt səfərinə başlayır, Endrüs hərbi hava qüvvələrinin bazası, 23 aprel, 2018.
Fransa prezidenti Emmanuel Makron və onun xanımı Bricit Makron ABŞ-a rəsmi dövlt səfərinə başlayır, Endrüs hərbi hava qüvvələrinin bazası, 23 aprel, 2018.

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara rəsmi dövlət səfərinə başlayan Fransa prezidenti Emmanuel Makronu Ağ Evdə qarşılayıb. Üç gün sürəcək səfər zamanı iki liderin iştirakı ilə bir sıra rəsmi görüş və tədbir planlaşdırılıb.

Vaşinqtona gəlişindən bir qədər sonra Fransa prezidenti və onun xanımı Bricit Makron, eləcə də prezident Tramp və onun xanımı Melaniya Tramp Ağ Evin həyətində Makronların hədiyyə etdiyi Avropa palıdını əkiblər.

10 yaşı olan bir metr yarım hündürlüyündəki ağac 1918-ci ildə Birinci Dünya müharibəsi dövründə müttəfiq qüvvələrin Fransada Almaniya ordusuna qarşı apardığı döyüşlərdə Amerikanın 9 min dəniz piyadasının həlak olduğu Bello meşəsindən gətirilib.

Birinci Dünya müharibəsində müttəfiq qüvvələrin Almaniya ordusuna qarşı döyüşlər apardığı Bello meşəsi. Bello Vud döyüşü ABŞ dəniz piyadaları və Almaniya ordusu arasında 1918-ci ildə 1-26 iyun tarixlərində baş verib.

​Bundan sonra Tramplar və Makronlar Vaşinqtonun tarixi abidələri üzərində helikopterlə turun ardınca ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun Potomak çayının sahilindəki 18-ci əsrə aid Mont Vernon malikanəsinə yollanacaqlar. Vaşinqtonun malikanəsi ABŞ-da ən popular turist məkanlarından biridir.

Bundan sonra isə prezident Tramp və xanımı Melaniya və Fransa lideri Makron və xanımı Bricit birgə şam edəcəklər.

Ağ Ev yaxınlığında prezident idarəsinin yerləşdiyi bina Amerika və Fransa bayraqları ilə bəzədilib.
Ağ Ev yaxınlığında prezident idarəsinin yerləşdiyi bina Amerika və Fransa bayraqları ilə bəzədilib.

Tramp və xanımı çərşənbə axşamı günü Ağ Evdə Makronların şərəfinə rəsmi hərbi qəbul verəcək. Burada ABŞ hərbi qüvvələrinin bütün beş şöbəsini təmsil edən 500 əsgər iştirak edəcək.

İki lider bundan sonra Suriya və İran daxil olmaqla, bir sıra məsələlər ətrafında danışıqlar aparacaq. Fransa liderinin Trampla görüş zamanı onu Amerika hərbi qüvvələrinin İŞİD-in məğlub edilməsindən sonra da Suriyada saxlamağa və Avropa İttifaqını alüminium və polad tariflərindən istisna etməyə razı salmağa çalışacağı gözlənilir.

Vaşinqton küçələri Amerika və Fransanın dövlət bayraqları ilə bəzədilib.
Vaşinqton küçələri Amerika və Fransanın dövlət bayraqları ilə bəzədilib.

Tramplar çərşənbə axşamı günü Ağ Evdə Makronların şərəfinə ilk rəsmi dövlət ziyafəti təşkil edəcək. Vaşinqtonun Milli Operasının sənətçiləri ziyafətdə qonaqları musiqi ilə əyləndirəcək.

Makron çərşənbə günü Parisə dönməzdən əvvəl ABŞ Konqresində ingilis dilində nitq söyləyəcək.

XS
SM
MD
LG