Accessibility links

Makron: ABŞ-ın Suriyada rolu həyati əhəmiyyətə malikdir


Fransa prezidenti Emmanuel Makron bazar ertəsi günü Amerika Birləşmiş Ştatlarına rəsmi dövlət səfərinə başlayır. Səfər zamanı Fransa liderinin ABŞ prezidenti Donald Trampla görüş zamanı onu Amerika hərbi qüvvələrinin İŞİD-in məğlub edilməsindən sonra da Suriyada saxlamağa və Avropa İttifaqını alüminium və polad tariflərindən istisna etməyə razı salmağa çalışacağı gözlənilir.

“Biz müharibədən sonra yeni Suriya quracağıq. Buna görə də mən fikirləşirəm ki, ABŞ-ın rolu olduqca önəmlidir”, Makron səfərdən öncə Parisdə Yelisey sarayında Fox xəbər tele kanalına müsahibəsi zamanı bildirib.

O, Birləşmiş Ştatları “dünyada son ümidlər və multikulturalizmi təcəssüm etdirən bir oyunçu” adlandırıb.

Mən çox açıq olacam. Əgər biz oradan çıxsaq, biz vəziyyətə nəzarəti İran rejimi və Suriya prezidenti Bəşar Əsədə qoyub getmiş olmayacayıqmı? Onlar yeni müharibəyə hazırlaşacaq.
Emmanuel Makron

Prezident Tramp Birləşmiş Ştatların hərbi qüvvələrini ABŞ, Fransa və Britaniyanın ehtimal edilən kimyəvi hücuma cavab olaraq, Suriyanın kimyəvi silah obyektlərinə birgə raket zərbələri endirməsindən sonra belə ən yaxın zamanlarda ölkədən çıxarılmasını istədiyini bildirib. Tramp ABŞ hərbi qüvvələrini İŞİD-in özünün paytaxt elan etdiyi Raqqanın süqutundan sonra Suriyadan çıxarmağı planlaşdırırdı.

“Mən çox açıq olacam. Əgər biz oradan çıxsaq, biz vəziyyətə nəzarəti İran rejimi və Suriya prezidenti Bəşar Əsədə qoyub getmiş olmayacayıqmı? Onlar yeni müharibəyə hazırlaşacaq”, Makron bildirib.

O deyib ki, Birləşmiş Ştatlar və Fransa müttəfiqlər kimi fəaliyyət göstərir, “lakin hətta Rusiya və Türkiyə də yeni Suriyanın yaradılması və Suriya xalqının öz gələcəyini müəyyən etməsini təmin etmək işində mühüm rol oynayacaq”.

ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Nyu Yorkda görüş zamanı, 18 sentyabr, 2017.
ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Nyu Yorkda görüş zamanı, 18 sentyabr, 2017.

Makron həmçinin bildirib ki, İranla nüvə razılaşması qüsursuz olmasa da, o bundan daha yaxşı variant görmür və İranın ballistik raket proqramının qarşısının alınması istiqamətində iş davam etdiyi müddətdə onu olduğu kimi saxlamaq istəyir.

Fransa lideri və onun xanımı Bricit bazar ertəsi axşam Tramp və onun xanımı Melaniya ilə şam yeməyinə dəvət edilib. Tramp və Makron çərşənbə axşamı günü görüşlər keçirəcək.

Makron həmçinin çərşənbə günü ABŞ Konqresində nitq söyləyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG