Accessibility links

Makron cinsi zorakılıq problemini hədəfə alan plan açıqlayıb


Prezident Emmanuel Makron Fransa qadınlara qarşı zorakılıq və cinsi təcavüzü hədəfə alan təşəbbüs elan edib. Prezident bu təşəbbüslə qurbanları susmağa məcbur edən xəcalət hissinin aradan qaldırılmasına və Fransada seksist mədəniyyətin dəyişməsinə ümid edir.

Şənbə günü Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günü tədbiri zamanı çıxış edən Makron qadınların tədbirlər görə bilməsinə yardım edəcək, təcavüzkarlara qarşı qanunları gücləndirəcək və vətəndaşları bu problemlə maariflədirəcək təşəbbüs planı haqqında danışıb.

Prezident bildirib ki, keçən il Fransada zorakılıq nəticəsində 123 qadın həlak olub. Qurbanların xatirəsini sükutla yad etdiksən sonra Makron deyib ki, “xəcalət hissinin düşərgə dəyişməsi vaxtıdır.”

XS
SM
MD
LG