Fransa və Afrika ölkələrində tərəfdaşlar Sahil regionunda islamçı militantların məhv edilməsi üçün birlikdə işləməlidir. Bu sözləri Fransa prezidenti Emmanuel Makron Mali paytaxtı Bamakoda bazar günü açılmış G-5 Sahil sammitində söyləyib.
Biz hər gün terrorçular, quldurlar, qatillərə qarşı mübarizə aparmalıyıq. Biz onları tərəddüd etmədən və qətiyyətlə yox etməliyik.Emmanuel Makron
Sahil blokunun beş ölkəsi-Mali, Burkino Faso, Mavritaniya, Niger və Çadın liderlərinin iştirak etdiyi sammitdə beynəlxalq qüvvələrdən ibarət yeni hərbi koalisiyanın yaradılacağı gözlənilir. Sammitin əsas məqsədi islamçı militantlarla mübarizə və regionda qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması məqsədilə birgə səylərin göstərilməsinə nail olmaqdır.
“Biz hər gün terrorçular, quldurlar, qatillərə qarşı mübarizə aparmalıyıq. Biz onları tərəddüd etmədən və qətiyyətlə yox etməliyik”, Makron sammitdə çıxışında bildirib.
Bu, Makronun may ayında Fransa prezidenti seçilməsindən sonra Maliyə ikinci səfəridir.
Əl-Qaidə ilə əlaqəsi olan islamçı militant qrup 2012-ci ildə Malinin şimal hissəsində səhralıq ərazinin nəzarətini əlinə keçirmişdi.
Militantlar bundan bir il sonra Fransanın başçılığı ilə hərbi müdaxilə nəticəsində əsas şəhərlər və qəsəbələrdən çıxarılsa da, onlar BMT-nin sülhməramlı qüvvələri, Mali ordusunun əsgərləri və mülki şəxslərə qarşı hücumları davam etdirir.
Zorakılıqlar təkcə Mali deyil, Qərbi Afrikanın Sahil regionunun başqa ölkələrində də davam etdirilib. Paris hökuməti islamçı militantlara qarşı Barxan adı ilə tanınan sərhəd keçid əməliyyatlarını aparmaq üçün bölgəyə Fransnın minlərlə əsgərdən ibarət hərbi qüvvəsini yerləşdirib.