Accessibility links

Britaniya və Fransa terrorla mübarizə yollarını müzakirə edib


Britaniyanın baş naziri Tereza Mey və Fransa prezidenti Emmanuel Makron birlikdə texnologiya şirkətlərinin İnternetdə terrorla mübarizəni daha da gücləndirmələri üçün təzyiqlər göstərəcəklərini deyiblər.

Mey cənab Makronla əks-terror məsələsini müzakirə etmək üçün çərşənbə axşamı Parisə səfər edib.

Fransa ilə Britaniya terrorla mübarizədə oxşar çətinliklərlə üzləşir. Belə ki, London, Mançester, Paris və Nissada təxminən eyni hücumlar həyata keçirilib.

Britaniyanlın baş naziri Tereza Mey deyib ki, İnternetdə qəbuledilməz məzmunlu materialları İnternetdən çıxarmadığı halda texnologiya şirkətlərinə qarşı hüquqi sanksiyalar tətbiq ediləcək.

Görüç zamanı liderlər Britaniyanın Avropa Birliyindən çixması məsələsini də müzakirə ediblər. Makron Britaniya fikrini dəyişərsə Avropa Birliyinin qapılarının onun üçün hələ də açıq olduğunu desə də, Mey bu haqda danışmaq istəmədiyini və Brexit danışıqlarının gələn həftə başlayacağını deyib.

XS
SM
MD
LG