Accessibility links

Makron Netanyahunu fələstinlilərə sülh təklifləri irəli sürməyə çağırır [Video]


Makron Netanyahunu fələstinlilərə sülh təklifləri irəli sürməyə çağırır
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Fransa prezidenti Emmanuel Makron ölkəyə səfər edən İsrailin baş naziri Beynamin Netanyahunu ABŞ Qüdsü İsrailin paytaxtı elan edəndən sonra fələstinlilər ilə sülhə doğru addım atmağa çağırıb. ABŞ Prezidenti Donald Trampın ABŞ səfirliyini Tel Əvivdən Qüddsə köçürmək qərarı ərəb və müsəlman dünyasında bir sıra etirazlara səbəb olub.

Fikrimcə, yaşayış məntəqələrində binalar tikməyi dayandırmaq və fələstinli idarəçilər ilə etimad tədbirləri görmək atılmalı olan ilk vacib addımlardır. Biz bu məsələləri baş nazir Netanyahu ilə də müzakirə etdik.
Emmanuel Makron

Livanın təhlükəsizlik qüvvələri Beyrutda ABŞ səfirliyi yaxınlığında qəzəbli etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazlardan və su toplarından istifadə edib. Livanda yüz minlərlə fələstinli qaçqın yaşayır. Onlar İsrail qurulandan sonra evlərindən qovulduğu üçün Livana qaçmaq məcburiyyətində qalıb. Trampın qərarına qarşı Mərakeşin paytaxtı Rabat və Misirin paytatı Qahirədə də etiraz aksiyaları keçirilib.

“Qüds İslamın və ərəblərindir. Trampın qərarı isə beynəlxalq qanunlar və BMT-nin 181-ci qətnaməsinə əsasən yanlışdır. Tramp necə yanlış qərar verə bilər? Bu qərar səhvdir və heç bir qanuni gücü yoxdur,” deyə qahirəli vəkil Hişam Faruk bildirir.

Bazar günü Parisdə səfərdə olan İsrail baş naziri Benyamin Netanyahu Qüdsün hər zaman İsrailin paytaxtı olduğunu təkid edib.

“Paris Fransanın paytaxtıdır, Qüds İsrailin paytaxtıdır. O, 3 min ildir İsrailin paytaxtıdır. 70 ildir Yəhudi dövlətinin paytaxtıdır,” o deyib.

Makron və digər Avropa liderləri Trampın Qüdslə bağlı qərarını tənqib edib və deyib ki, şəhərin statusu İsrail və fələstinlilər arasında müzakirə olunmalı olan kritik məsələdir. Fransa prezidenti bildirib ki, ölkəsi Yaxın Şərq münaqişəsində iki-dövlətli həll yolunu dəstəkləyir və bu həll yolu çərçivəsində gələcək Fələstin dövlətinin paytaxtı olaraq Şərqi Qüdsü nəzərdə tutulur.

“Fransa regionda beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri olan, sülh içində yaşayan iki dövlətin olmasını istəyir. Mən baş nazir Netanyahuya başa saldım ki, Birləşmiş Ştatlar prezidentinin bu yaxınlarda etdiyi açıqlamanı qınayıram, çünki Fransa bu qərarın beynəlxalq qanuna qarşı olduğunu və sülhə təhlükə yaratdığına inanır,” Makron söyləyib.

Emmanuel Makron və Benyamin Netanyahu
Emmanuel Makron və Benyamin Netanyahu

Makron Netanyahunu qəzəbli fələstinlilərə sülh jesti etməyə çağırıb.

“Fikrimcə, yaşayış məntəqələrində binalar tikməyi dayandırmaq və fələstinli idarəçilər ilə etimad tədbirləri görmək atılmalı olan ilk vacib addımlardır. Biz bu məsələləri baş nazir Netanyahu ilə də müzakirə etdik,” deyə Makron bildirib.

Son illərdə İsrail höküməti Şərqi Qüds daxil olmaqla işğal olunmuş fələstin ərazilərində çox sayda yəhudi yaşayış məntəqələri salıb. Beynəlxalq qanunlara əsasən isə bu yaşayıq məntəqələri qeyri-qanunidir. Netanyahu deyib ki, höküməti fələstinlilər ilə sülh danışıqlarına açıqdı, amma İsrailin bu təklifləri rədd edilir.

XS
SM
MD
LG