Fransa prezidenti Emmanuel Makron Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon söhbəti aparıb. Vladimir Putin Makronu rəsmi fəaliyyətə başlaması və yeni hökumət yaradılması münasibətilə təbrik edib.
Tərəflər siyasi, iqtisadi-ticarət, hümanitar-mədəni və digər sahələrdə Rusiya ilə Fransa arasındakı ənənəvi dostluq münasibətlərini inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.
Liderlər terrorçuluqla mübarizə də daxil olmaqla, aktual beynəlxalq və dini məsələlərdə əməkdaşlıq etmək razılığına gəliblər.
Söhbət zamanı tərəflər həmçinin Minsk razılaşması çərçivəsində Ukrananın şərqindəki münaqişənin həllində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.
Mətbuata nəzarəti əlinə almaq kimi narahatlıqların artdığı bir vaxt Makron bu gün kabinetinin ilk görüşünü keçirib.
Fransanın dövlət başçısı müdafiə naziri və ordu rəhbəri də daxil edilməklə, müdafiə şurasını təhlükəsizlik məsələlərinə diqqət verməyə çağırıb.
Belə ki, ölkədə 2015-ci ildən bəri fövqəladə vəziyyət qüvvədədir.
Makron kabinet üzvlərini lazımi dissiplin və həmrəylik nümayiş etdirməyə səsləyib.
Makronun nazirlər kabinetində həm sosialistlər, həm də mühafizəkarlar yer alır.
Eyni zamanda Makronun media ilə bağlı mövqeyinə dair narahatlıqlar artmaqdadır. Belə ki, Makron ofisindən media təşkilatlarına zəng edilərək, onun ilk Mali səfərinin xüsusi jurnalistlər tərəfindən işıqlandırılması tələb edilib.