Accessibility links

Makron: Dostcasına təzyiq Trampın iqlim məsələsində mövqeyini dəyişə bilər


.
.

Fransa prezidenti Emmanuel Makron deyib ki, Parisin məftunedici cazibədarlığı ilə Donald Trampa təzyiq göstərilməsi ABŞ prezidentinin iqlim dəyişikliyi məsələsində mövqeyini dəyişməsinə kömək edə bilər.

Makron Journal di dimanche qəzetinə bazar günü müsahibəsində Trampa bu şəkildə təsir göstərilməsi yolunu müdafiə edib. O deyib ki, “bizim ölkələr dostdur, deməli biz də dost olmalıyıq”.

Prezident Tramp, birinci xanım Melaniya Tramp, Fransa prezidenti Emmanuel Makron və onun xanımı Bricitt Makron Eyfel qülləsindəki Cül Vern restoranında şam yeməyi zamanı
Prezident Tramp, birinci xanım Melaniya Tramp, Fransa prezidenti Emmanuel Makron və onun xanımı Bricitt Makron Eyfel qülləsindəki Cül Vern restoranında şam yeməyi zamanı

May ayında görüş zamanı gərgin əl sıxışmasından sonra Makron deyib ki, Trampın keçən həftə Parisə səfəri zamanı onlar arasında bir-biriləri haqda daha yaxşı və yaxın anlaşma yaranıb.

Fransa prezidenti bildirib ki, onlar arasında danışıqlar zamanı əsas məsələlərdən biri olan Paris iqlim sazişi məsələsində “Tramp onu dinləyib və deyib ki, o, gələn aylarda məsələni həll etməyə çalışacaq”.

Fransa prezidenti Trampın səfərinin islamçı ekstremislərin hücumları nəticəsində turizmin azalmasından sonra “Fransa haqda daha güclü imic yaratmaq” məqsədilə diqqətlə hazırlandığını etiraf edib.

XS
SM
MD
LG