Accessibility links

Malala: Qızları öz müdafiələrinə qalxmağa təşviq edirəm


Nobel Sülh mükafatı laureatı Malala Yusifzai BMT-nin Sülh elçisi adına layiq görülüb. Malala qızların təhsil hüquqlarının müdafiəsi işinə durmadan davam etməyə söz verib.

BMT-də keçirilən rəsmi mərasimdə təhsil hüquqları müdafiəçisi Malala Yusifzaiyə rəsmən Sülh elçisi adı verildi. 19 yaşlı fəal Nyu Yorka öz mesajı ilə gəlib. Bu da doğma vətəni olan Pakistanda qadınlar və qızların hüquqlarının müdafiəsi işinin davam etdirilməsidir.

Malala Yusifzai: “Mən ümidliyəm və orada da gənc qızları öz müdafiələrinə qalxmağa təşviq edirəm. Siz özünüzə inanmalısınız. Dəyişikliyi siz yarada bilərsiniz. Siz qalxmasanız, dəyişiklik baş verməyəcək.“

Malala bütün dünyada 2012-ci ildə qızların təhsil hüquqlarını müdafiə etdiyinə görə Taliban silahlısı tərəfindən güllə ilə vurulduğu zaman tanındı. O, hücumdan sağ çıxmış və 2013-cü ildə bütün dünyada qadınlarına imkanlarının artırılması məqsədilə atası ilə bərabər Malala Fondunu yaratmışdır.

2014-cü ilin dekabrında 17 yaşlı Malala Nobel Sülh mükafatının ən gənc laureatı olub.

O vaxtdan Malala özünü qadın və qızların hüquqlarının müdafiəsi işinə həsr edərək, dünya ölkələrinə səfərlər edir.

Malala Livan və İordaniyada qaçqın düşərgələrində köüçkünlər və qaçqınlarla görüşüb, bütün dünyada uşaqların təhsilə ehtiyacı məsələsini vurğulayır.

Malala yusifzai: “Suriyalı qaçqın uşaqdan “sənin arzun nədir?” soruşanda onlar sizə cavab verir: “həkim olmaq, ya da müəllim istəyirəm, təhsil almaq istəyirəm, mən öz vətənimə qayıdıb ölkəmi bərpa etmək istəyirəm” deyirlər. Onların arzularıu, onların istəkləri bunlardır. Onlar vətənlərinə qayıtmaq istəyir. Onlar da öz ölkələrində sülh istəyir. Biz buna qanunauyğunluq kimi baxırıq, çünki biz sülh şəraitində yaşıyırıq.”

Malala Yusifzai gender bərabərliyi, təhsil və sülh mesajlarını yayamağa davam edəcə

XS
SM
MD
LG