Accessibility links

Malala Keniyada dünyanın ən böyük qaçqın düşərgəsini ziyarət edəcək


Nobel mükafatə laureatı Malala Yusifzai 19-cu doğum gününü çərşənbə axşamı Keniyada dünyanın ən böyük qaçqın düşərgəsində qeyd edəcək. Onun məqsədi diqqəti qaçqın böhranına cəlb etməkdir. Malala Yusifzai 25 ildən sonra Dadaab düşərgəsinin bağlanmaq təhlükəsi qarşısında olduğu bir zaman düşərgəni ziyarət etmək qərarına gəlib.

“Ötən ildən bəri Malala Skype vasitəsi ilə Dadaab düşərgəsindəki bir qrup qizla əlaqə saxlayır və onlarla görüşmək imkanı axtarır,” deyə onun sözçüsü Teylor Royli bildirib.

Keniya hökuməti 300 mindən artıq Somali qaçqınının yaşadığı Dadaab qaçqın düşərgəsinin təhlükəsizliyə dair öhdəilk məsələsi ilə əlaqədar gələn il bağlanacağını bildirib. Qaçqın düşərgəsi Keniyanın şərqində Somali sərhəddi yaxınlığında yerləşir.

Dadaabın əksər sakinləri həyatlarının böyük hissəsini 25 il mövcud olmuş bu düşərgədə yaşayıb

Düşərgənin bağlanmasından sonra qaçqınların vəziyyətinin necə olacağı qeyri-müəyyən olaraq qalır. Belə ki, onlar münaqişənin cəngində olan Somaliyə geri qayıtmaq prespektivi qarşısında qalacaq.

Keniya hökuməti qaçqınların ölkədə qalması və ya geri qayıtmasının könüllü olacağını bildirib. Beynəlxalq ictimaiyyət məcburi evakuasiyanın olmaması ilə bağlı Keniyaya xəbərdar edib.

Dadaabın əksər sakinləri həyatlarının böyük hissəsini 25 il mövcud olmuş bu düşərgədə yaşayıb.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG