Accessibility links

Malayziya məktəbində yanğın baş verib


Malayziyanın paytaxtı Kuala-Lampurdakı İslam məktəbində baş verən yanğın azı 24 nəfərin həyatına son qoyub.

Rəsmilərin dediyinə görə, yanğın "Darül Quran İttifaqiyyə" özəl məktəbinin yataqxanasının yuxarı mərtəbəsində səhər tezdən şagirdlər yatarkən baş verib.

Alov yataq otağının yeganə giriş qapısını aldığı və pəncərələrin dəmir barmaqlıqlarla qapandığı üçün 22 oğlan və iki müəllim binanı tərk edə bilməyib.

Yanğınsöndürmə rəsmiləri yataqxanadakıların ölümünə tüstünün səbəb olduğunu deyib. Məktəbdə olan digər 18 nəfərin xilas edildiyi, onlardan 6 nəfərinin isə ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib.

Yanğının səbəbləri araşdırılır. Lakin yanğının elektrikdəki qısa qapanma səbəbindən baş verdiyindən şübhələnilir.

XS
SM
MD
LG