Accessibility links

Malayziya baş naziri ABŞ-a səfər edəcək


Gələn ay ABŞ prezidenti Donald Tramp Ağ Evdə Maylayziya baş naziri Nəcib Razakla görüşəcək.

Ağ Ev görüşlə bağlı məlumatı çərşənbə günü açıqlayaraq bildirib ki, Tramp “Amerikanın cənub-şərqi Asiyadakı ən yaxın tərəfdaşlarından biri” olan Malayziya ilə münasibətlərin gücləndirilməsini müzakirə etməyi səbirsizliklə gözləyir.

Lakin Nəcibin təsis etdiyi dövlət investisiya bankının qarışdığı böyük korrupsiya qalmaqalı Malayziyanın Birləşmiş Ştatlar elecə də mənimsəmə və çirkli pulların yuyulmasına dair ittihamları təhqiq edən digər ölkələrlə münasibətlərində gərginliyə səbəb olub.

ABŞ Ədliyyə Departamenti məsələ ilə əlaqədar 1,7 milyard dollar dəyərində aktivlərin müsadirə etməyə çalışıb. Nəsib isə ona qarşı sürlən ittihamları rədd edir.

XS
SM
MD
LG