Accessibility links

Malayziya gömrükçüləri 330 ekzotik tısbağa müsadirə edib


Malayziya gömrükçüləri 250,000 dollar dəyərində ekzotik tısbağaların qeyri-qanuni olaraq ölkəyə keçirilməsinin qarşısını alıb.

Qaçaqmalçıların belə bir niyyəti haqqında xəbər alan rəsmilər tısbağaları Kuala Lumpur Beynəlxalq Hava Limanının karqo ərazisində üzərində “daşlar” yazılmış beş qutuda aşkar ediblər.

Aşkarlanan 330 tısbağa Ethihad Hava Yolları təyyarəsi ilə Madaqaskardan gətirilib.

Verilən rəsmi bəyanatda bildirilir ki, gömrükçülər bu tısbağaların yerli bazar, yoxsa yenidən ixrac üçün nəzərdə tutulduğunu araşdırırlar.

Malayziya gömrükçükləri bu yaxınlarda müvafiq olaraq dəyəri 2 milyon və 3 milyon dollardan çox olan Afrika panqolinləri və 18 kərgədan buynuzu müsadirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG