Accessibility links

Malayziyanın baş naziri laynerin yoxa çıxması sirrinin üstünü açacağına söz verib


Avstraliyada beynəlxalq axtarışların təşkil edildiyi hərbi bazaya səfər edən Malayziyanın baş naziri Nəcib Razak laynerin yoxa çıxması sirrinin üstünü açacağına söz verib.

Cənab Nəcib Pert şəhəri yaxınlığında hava qüvvələri bazasında Avstraliyanın baş naziri Toni Abbottla görüşündən sonra çıxış edib. Malayziyalı lider deyib ki, təyyarədə olan sərnişinlərin qohumlarının göz yaşları məsələyə daha fərdi yanaşmamızı tələb edir.

Cənab Abbott laynerin yerinin müəyyən edilməsinə zəmanət verilmədiyini deyib. Amma o, rəsmilərin axtarışları dayandırmayacaqlarını və təslim olmayacaqlarını vurğulayıb.

Təxminən dörd həftə bundan əvvəl Boeing 777 layneri yoxa çıxdıqdan sonra beynəlxalq gəmilər və təyyarələrdən ibarət komanda Hind okeanında laynerin izini tapa bilməyiblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG