Accessibility links

Donetsk döyüşlərində 18 adam həlak olub


Ukrayna qüvvələri ilə separatistlər arasında aparılan Donetsk döyüşlərində 18 adam həlak olub. Horlivka şəhərində öldürülən 13 nəfərdən 2-si uşaqdır. Digərləri isə Donetskin şimal bölgəsində öldürülüb.

Malayziyanın baş naziri Ukraynanın rusiyapərəst separatistləri ilə Malayziya təyyarəsinin düşdüyü yerə polis işçilərinin girişinə yol verilməsi barədə razılıq əldə edildiyini bildirib.

Nacib Razakın bəyanatında deyilir ki, polis xarici təhqiqat komandasının müdafiəsi məqsədi ilə bölgəyə göndərilir. Razılıq əldə edilməsinə baxmayaraq polis işçilərinin bölgəyə səfəri bu gün təxirə salınıb.

Bu arada Avstraliyanın baş naziri Toni Abbott da silahsız polis qüvvələrinin hadisə yerinə göndəriləcəyini bəyan edib.

Hollandiya rəsmiləri artıq təhqiqatın bir hissəsinin aparıldığını desələr də, ictimaiyyətə açıqlama verməyib. Ölənlərin əksəriyyəti Hollandiya vətəndaşıdır.

227 sərnişinin cəsədi artıq Hollandiyaya göndərilib. Lakin bəzilərinin cəsədlərinin hadisə yerində qaldığı bildirilir. Təhlükəsizlik baxımından isti yay günlərində qalıqların toplanması mümkün olmayıb.

298 sərnişinli təyyarənin vurulmasına görə rusiyapərəst separatistlər günahlandırılır.

Ukraynanın Donetsk şəhərində isə döyüşlər davam edir.

Kiyev hökumətinin regional milli təhlükəsizlik sözçüsü Andrey Lısenkonun bildirdiyinə görə, Ukrayna qüvvələri Donetskə hücum edib.

ABŞ rəsmiləri Rusiyanın qüvvələrini şərqi Ukrayna sərhədlərində cəmləşdirdiyini bildirir.

Rusiyanın Xarici İşlər Nazirliyi Amerikanın Ukrayna hökumətini dəstəkləməklə münaqişənin məsuliyyətini daşıdığını bildirib. Nazirliyin bəyanatında bildirilir ki, Vaşinqton Ukraynada rusdilli əhaliyə qarşı respessiya üçün Kiyevə təzyiq göstərir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG