Niderlandda Malayziya Hava Yollarına məxsus təyyarənin Ukraynada vurulması ilə bağlı 3 Rusiya və 1 Ukrayna vətəndaşının məhkəməsi davam edir.
Sərnişin təyyarəsi 2014-cü ilin iyul ayında Ukraynanın separatistlərin nəzarətində olan şəqr bölgəsində vurulmuşdu.
Şübhəlilər məhkəmə zalında olmayıb. Belə ki, onlar hələ də axtarışdadır. Onlara qarşı 298 sərnişinin qətli ittihamı irəli sürülüb.
Məhkəmə zamanı prokuror Amsterdamdan Kuala Lampura istiqamət alan MH17 reysli təyyarədə həlak olan hər bir sərnişinin adını oxuyub.
Təyyarə Rusiyada istehsal edilən raketlə vurulub.
Məhkəmə prosesinin 2020-ci il boyu davam edəcəyi gözlənilir.
Kreml təyyarənin vurulmasında əli olduğuna dair iddiaları qətiyyətlə rədd edir.