Accessibility links

Malena Mard: “ÜTT-yə üzvlük Azərbaycan üçün böyük üstünlüklər yaradır”


Malena Mald
Malena Mald

Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard Turan agentliyinə müsahibəsində Azərbaycan və Aİ arasında tərəfdaşlıq haqqında sazişə baxış, ticarət məsələsində Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyün rolu, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətindən danışıb.

Sual: Azərbaycanla Aİ arasında tərəfdaşlıq haqqında sazişin hazırlanması prosesi hansı mərhələdədir? Bu, strateji tərəfdaşlıq haqqında saziş olacaq? Aİ-nin başqa ölkələrlə bu cür sazişi varmı? Azərbaycanın ÜTT-nin üzvü olmaması sazişə necə təsir göstərəcək?

Danışıqlar üçün mandat noyabrda qəbul edilib. Hazırda biz azərbaycanlı həmkarlarımız ilə danışıqların başlanmasını səbirsizliklə gözləyirik.

Cavab: Hazırda Aİ və Azərbaycan arasında münasibətlər 20 il öncə imzalanmış və 17 il öncə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş çərçivəsində tənzimlənir. Görünür, o vaxtdan Aİ kimi Azərbaycan da dəyişib. Aİ öz xarici siyasətində əsas prioritetlərdən biri olan “Şərq tərədaşlığı” üzrə konkret öhdəliklərilə beynəlxalq siyasətdə əsas oyunçuya çevrilib.

Azərbaycan iqtisadiyyatı inkişaf edir, bunun dividentləri ölkənin sosial siyasətində hiss olunur. Yeni saziş tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəzləyəcək və geniş fəaliyyət sahəsini əhatə edən xarakter alacaq. Danışıqlar üçün mandat noyabrda qəbul edilib. Hazırda biz azərbaycanlı həmkarlarımız ilə danışıqların başlanmasını səbirsizliklə gözləyirik.

Hələlik bu sazişə ad vermək və onu başqaları ilə müqayisə etmək tezdir. Lakin lap əvvəldən məlumdur ki, yeni saziş geniş planları əhatə edəcək.

Azərbaycanın hələlik ÜTT üzvü olmaması danışıqların gedişinə təsir göstərir və mümkün ticarət rejiminə əngəl yaradır.

Sual: Azərbaycanın ÜTT-də iştirak etməməsi ölkə ilə Aİ arasında ticarət münasibətlərinə necə təsir edir?

Azərbaycan son illər iqtisadiyyatın diversifikasiyasına başlayıb və bu konteksdə investisiya mühitinin yaxşılaşdırılması və yeni ixrac bazarlarının açılması mühüm prioritetlər kimi təqdim edilir.

Cavab: Düşünürəm ki, ÜTT-yə daxil olmaq Azərbaycanın marağındadır, çünki bu, xarici ticarət rejimi üçün böyük üstünlüklər yaradır və investisiya mühiti də daxil olmaqla, digər sahələr üçün qaydalar müəyyən edir. Azərbaycan son illər iqtisadiyyatın diversifikasiyasına başlayıb və bu konteksdə investisiya mühitinin yaxşılaşdırılması və yeni ixrac bazarlarının açılması mühüm prioritetlər kimi təqdim edilir. ÜTT-yə daxil olmaq bu istiqamətdə fəaliyyətə yardım göstərə bilər.

Sual: Azərbaycan hökuməti Avropa strukturlarının maliyyə yardımına arxalanmaqla vətəndaş cəmiyyəti institutlarına , o cümlədən şəffaflıq məsələləri ilə məşğul olan təşkilatlara təzyiqləri davam etdirə, həmçinin demokratiya və insan hüquqları sahəsində islahatları ləngidə bilərmi?

Aİ demokratik, sosial ədalət və inklüziv cəmiyyətlərin inkişafı üzrə tərəfdaşları ilə iş aparır.

Cavab: Aİ Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin inkişafının dəstəklənməsi üçün qrantların maliyyələşdirilməsinə 600 milyondan çox vəsait ayırıb.

Aİ-nin “Şərq tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycan üçün maliyyə dəstəyi “çox üçün çox” prinsipinə əsaslanır. Bununla əlaqədar Aİ ümumi dəyərlərə qarşılıqlı sadiqlik prinsipinə (demokratiya və insan hüquqları, qanunun aliliyi, idarəetmə, bazar iqtisadiyyatının prinsipləri və davamlı inkişaf) əsaslanaraq öz qonşularına imtiyazlı münasibətlər təklif edir.

Aİ demokratik, sosial ədalət və inklüziv cəmiyyətlərin inkişafı üzrə tərəfdaşları ilə iş aparır, həmçinin öz qonşularına iqtisadi inteqrasiya, insanların sərhədlər vasitəsilə hərəkətinin yaxşılaşdırılması, maliyyə yardımı və Aİ standartlarına yaxınlaşma istiqamətində texniki əməkdaşlıq təklif edir.

Avropa komissiyası öz tərəfdaşlarına qrant vasitəsilə maliyyə yardımı göstərir, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı isə bu dəstəyə öz kreditlərini əlavə edir. Münasibətlərdə bəyan edilmiş planların səviyyəsi ümumi dəyərlərin nə dərəcədə təqdir edilməsindən asılıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG