Accessibility links

Malidə etnik qruplar arasında qarşıdurma


Bazar ertəsi gecə saatlarında silahlı şəxslərin Malinin mərkəzi bölgəsindəki kəndə hücumundan və azı 95 nəfəri qətlə yetirməsindən sonra rəsmilər etnik qrupları səbirli olmağa çağırıb.

Mali hökumətinin sözçüsü etnik Filani döyüşçülərinin etnik Doqon xalqının yaşadığı kəndə hücumu zamanı azı 19 nəfərin itkin düşdüyünü bildirib.

Doqon fermerləri ilə Fulani çobanları arasında düşmənçilik illərdir davam edir.

Mart ayının 23-də də həmin regiondakı Oqossaqu kəndinə silahlı hücum zamanı 160-a qədər fulani öldürülmüşdü.

Həmin hücumda Doqon ovçuları günahlandırılmışdı.

XS
SM
MD
LG