Accessibility links

Malidə ordu və islamçı yaraqlılar arasında döyüş gedir



Malinin şimalında ən böyük şəhər olan Qaoda ordunun əsgərləri və islamçı yaraqlılar arasında silahlı toqquşma baş verib.

Şəhər sakinləri və jurnalistlərin verdiyi xəbərlərə görə, şəhərin mərkəzində şiddərli döyüşlər gedir, polis idarəsinin yaxınlığında isə bir neçə güclü partlayış baş verib. Onların məlumatına əsasən, döyüşlər hökumət qüvvələri və Oneness Hərəkatı və Qərbi Afrikada Jihad qrupunun üsyançıları arasında gedir.

Şənbə günü intiharçı şəhərə girişdə yerləşən yoxlama məntəqəsinə hücum edib. Bundan bir gün öncə eyni yerdə daha bir intihar hücumu baş vermişdi. Bu, Malidə həyata keçirilmiş ilk intihar hücumlarıdır.

Mali silahlı qüvvələri şənbə günü hücumu həyata keçirmiş gənc ərəbin MUJAO təşkilatının üzvü olduğundan şübhələnildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG