Accessibility links

Malinin yenidən bərpası üçün yardım toplanır


Avropa Komissiyasının prezidenti göstəriləcək bütün səylərə dəstək veriləcəyini deyib

Beynəlxalq donorlar Malinin yenidən bərpasına kömək üçün vəsait toplamaq məqsədilə bu gün Brusseldə bir araya gəlir.

Qərbi Afrika ölkəsi infrastruktur layihələri, hökümət və təhlükəsizlik qurumlarının təşkili üçün nəzərdə tutulmuş 5.5 milyard dollarlıq plan gerçəkləşməsi istiqamətində 2.5 milyard dollar vəsait toplanacağına ümid edir.

Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso gələcək iki ildə bu səylərə dəstək veriləcəyini elan edib.

Malinin müvəqqəti prezidenti Dionkounda Traore ölkədə iyulun 28-də prezident seçkiləri keçiriləcəyini deyib. O nə özünün, nə də müvəqqəti hökümətin digər üzvlərinin bu seçkilərdə namizəd olmayacağını bildirib.

Malidə keçən il hərbi çevriliş nəticəsində etnik Tuareq və Əl-Qayda yaraqlıları ölkənin şimalını ələ keçirə bilmişdi. Fransa və Afrika qüvvələri yaraqlıları əsas şəhərlərdən çıxarmağa müvəffəq olsa da, hücumlar hələ də davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG