Accessibility links

Malili cihadçı tarixi abidələrin dağıdılmasında özünü müqəssir tanıyıb


Malili cihadçı Timbuktu şəhərində doqquz məbəd və məscidin dağıdılmasında özünü müqəssir tanıyıb.

Beynəlxalq Cinayət Məhəkəməsində keçirilən dinləmədə hadisəni törətmiş Əhməd Əl Faqi Əl Mehdi bildirilib ki, mədəni abidələrin dağılmasına gətirib çıxaran hücumlar barədə prokurorların izahı dəqiqdir.

Prokurorlar bildirib ki, Əl Mehdi 2012-ci ildə islamçı yaraqlılar Malinin şimalında əksər ərazilərini ələ keçirdiyi zaman o, Timbuktu şəhərini ələ keçirən Ansar Dine hərbi qrupun üzvü olub.

Əl Mehdi Beynəlxlaq Cinayət Məhkəməsində dini və ya tarixi abidələrin bilərəkdən məhv edilməsində ittiham edilən ilk şübhəlidir. O həm də 2002-ci ildən fəaliyyət göstərməyə başlayan məhkəmədə özünü müqəssir tanıyan ilk şəxdir.

Associated Press xəbər agentliyi bildirib ki, məhv edilən abidələr arasında olan şəhərin dahi mütəfəkkirlərinin türbələrinin yerləşdiyi bir məbəd Dünya irsi siyahısına daxil idi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG