Accessibility links

Humanitar Yardım Təşkilatları Malidə vəba xəstəliyi ilə mübarizə aparırlar


Qərbi Afrikada bəzi ölkələr hələ də bu xəstəliklə mübarizə aparırlar

Humanitar yardım təşkilatları inqlabçıların nəzarətində olan Malinin şimalında tüğyan edən vəba epidemiyasının yeni cərəyanına qarşı mübarizə aparırlar. Bu xəstəliklə qərbi Afrikanın bəzi ölkələri də mübarizə aparır.

Rəsmilərin iyul ayının əvvəllərindən Malinin Qao və Asonqo əyalətlərində 147 hadisədən 12-sinin ölümlə nəticələndiyini bildirirlər. Bu ayın əvvəllərində xəstəlikdə azalma müşahidə olunmasına baxmayaraq yağışlı mövsümün başlanması yenidən xəstəliyin artmasına təkan vermişdir.

Malinin Taşla Gill əyalətində Beynəlxalq Xilasetmə Komitəsinin Fövqəladə İşlər üzrə Baş Koordinatoru deyib ki, insanlar xəstəliyin ilk əlamətlərini hiss edən kimi tibb mərkəzlərinə müraciət etməlidilər.

Xatırladaq ki, Malinin şimalını aprel ayından bəri Əl-Qaidə ilə bağlı olan İslamçı yaraqlılar idarə edir.
XS
SM
MD
LG