Accessibility links

İraqın baş naziri fövqəladə hökumətin yaradılmasına qarşıdır


İraqın baş naziri Nuri Əl-Maliki sünni islamçı yaraqlılarla mübarizəyə yardım məqsədilə fövqəladə hökumətin yaradılması fikrinirədd edib.

Televiziya ilə etdiyi müraciəti zamanı cənab Maliki deyib ki, belə bir addım konstitusiyaya ziddir və aprel ayının 30-da keçirilən parlament seçkilərinin nəticələrinə uyğun deyil.

Birləşmiş Ştatların Dövlət katini Con Kerri isə bazar ertəsi deyib ki, İraq liderləri ona iyul ayının birinədək seçki öncəsi hökumətin yaradılmağa başlayacağına söz verib.

Həm prezident Obama, həm cənab Kerri təcili olaraq İraqda sünni və kürd azlıqların da təmsil olduğu bir hökumətin yaradılmasına çağırır.

Şiələrin başçılığı etdiyi hökumətin lideri olan cənab Maliki azlıqları hökumətdən kənarlaşdırmaqda və təriqətlər arasında gərginliklər yaratmaqda ittiham edilir. Televiziya ilə yayımlanan çıxışında Nuri Əl-Maliki birliyə çağırıb.

XS
SM
MD
LG