Accessibility links

ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın Təhlükəsizlik Xidmətinə qarşı sanksiyaları yüngülləşdirib


ABŞ-ın Maliyyə Nazirliyi sabiq prezident Barak Obamanın tətbiq etdiyi Rusiyanın Təhlükəsizlik Xidməti ilə (FSB) biznes əlaqələri olanların sanksiyalarını bir qədər yüngülləşdirib.

Nazirliyin veb səhifəsində bildirilir ki, bu ölçü informasiya texnologiyası məhsullarına şamil edilir. Beləliklə şirkətlərə hər il FSB-nin lisenziyaları və icazələri üçün 5 min dollar məbləğində vəsait ödəməsinə imkan yaranır.

Ağ Evin sözçüsü Şon Spayser bildirib ki, bu addım ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını yüngülləşdirməsi demək deyil.

"Biz sanksiyaları yüngülləşdirmirik. Maliyyə Nazirliyinin bu qərarı adi bir praktikadır. Nazirlik sanksiyaların tətbiqindən sonra spesifik ölçülər üçün idxal və ixrac olunan malları nəzərdən keçirməlidir" -deyə o qeyd edib.

Prezident Donald Tramp bu haqda verilən suala cavab olaraq heç nəyin yüngülləşdirilmədini bildirib.

XS
SM
MD
LG