Accessibility links

Kamran Əliyev: Bank sahəsi ilə bağlı şikayətlər artır


"Bu ildə Azərbaycanda 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib."

Bunu jurnalistlərlə söhbətində baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev idarənin icraatında 118 cinayət işinin olduğunu bildirib.

İdarə rəisi bank sahəsi ilə bağlı şikayətlərin artdığını qeyd edib:

“Hazırda idarədə mənzil-tikinti sahəsində, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri barəsində cinayət işləri istintaq olunur”.

XS
SM
MD
LG