Accessibility links

“Hörümçək adam” yanğınsöndürmə idarəsində işə düzəldi


Parisdə yaşayış binasında eyvandan asılı qalan uşağı xilas etdikdən sonra “hörümçək adam” adı ilə məşhurlaşan malili mühacir şəhərin yanğınsöndürmə idarəsində işə başlayıb.

22 yaşlı Mamoudou Qassama binanın dördüncü mərtəbəsinin eyvanında asılı qalan dörd yaşlı uşağı xilas edəndən sonra beynəlxalq diqqət cəlb edib.

Fransa prezidenti Emmanuel Makron Mamoudou Qassamanın qəhrəmanlığını görəndən sonra ona yanğınsöndürmə idarəsində çalışmağı təklif edib.

Ölkədə mühacirət qanunlarının sərtləşdirilməsini təklif edən Makron bildirib ki, Qassamanı qəhrəmanlığına görə mükafatlandırmaqla mühacirət məsələsində sərt mövqeyə malik olmaq arasında uyğunsuzluq yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
please wait

No media source currently available

0:00 0:11:27 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG