Accessibility links

Sidneydə alış-veriş mərkəzində beş nəfər bıçaqlanaraq öldürülüb


Rəsmilərin məlumatına görə, şənbə günü bir kişi Sidneydə izdihamlı alış-veriş mərkəzində beş nəfəri bıçaqlayaraq öldürüb. Daha sonra isə polis onu güllələyərək öldürüb.

Yeni Cənubi Uels polis komissarı Antoni Kuk müxbirlərə deyib ki, şübhəli şəxs şəhərin şərqində yerləşən Bondi Junction rayonunda Westfield alış-veriş mərkəzində doqquz nəfəri bıçaqlayıb. Daha sonra isə polis müfəttişi onu güllələyib. O deyib ki, zərərçəkənlərdən beşi və şübhəli şəxs ölüb. O, yaralıların vəziyyəti ilə bağlı məlumatının olmadığını bildirib.

Kuk şübəhli şəxsin tək hərətək etdiyinə inandığını və onun “təhlükənin davam etmədiyindən məmnun” olduğunu deyib. O bildirib ki, rəsmilər hücum edən şəxsin kimliyini bilmirlər. O, “Hadisə daha yenidir,” və “uzun və dəqiq” istintaq başlayır deyib.

Kuk “hadisə yerində hər hansı bir səbəb və ya ideologiyaya işarət edəcək heç bir şeyin olmadığını" söyləyib. Rəsmilərin terrorizmi istisna edib-etmədiyinə dair suala cavaba olaraq “Biz heç nəyi istisna etmirik,” deyib.

Kuk deyib ki, şübhəli şəxsi vuran polis müfəttişi onunla qarşılaşdığında tək hərəkət edib və “bir sıra insanın həyatını qurtarıb.”

Videoda alış-veriş mərkəzi ətrafında çox sayda təcili tibbi yardım və polis maşınlarının olduğu göstərilib.

Tibbi işçiləri pasientləri yerində müalicə edib.

Forum

XS
SM
MD
LG