Accessibility links

Pol Manafortun məhkəmə prosesi təxirə salınıb


ABŞ hakimi prezident Donald Trampın sabiq seçki kampaniyasının rəhbərinə qarşı bank və vergi fırıldaqçılığı ittihamları ilə əlaqədar məhkəmə prosesini iyulun 31-nədək təxirə salıb. Bu onun vəkilinin ehtimal etdiyi müddətdən çox azdır.

Pol Manafortun vəkilləri Manafortun maliyyə əməliyyatlarına dair minlərlə səhifəlik sənədləri nəzərdən keçirmək üçün daha çox vaxt istəmişdi.

Məsələyə baxan hakim həmçinin Manaforta qarşı məhkəmədə ifadə vermək üçün prokurorların beş şahidə toxunulmazlıq verə bilmələri barədə qərar çıxarıb.

Bazar ertəsi yaşıl həbsxana geyimində hakim qarşısına çıxarılan Manafort 2016-cı ilin yayında, Donald Trampın Respublikaçılar partiyasından prezidentliyə namizədliyi dövründə onun yanında ən yaxın köməkçisi kimi xidmət göstərib.

Manafort ona qarşı irəli sürülən ittihamları rədd edib.

Sentyabrda Manafort Ukraynada işləyərkən xarici agent kimi qeydiyyatdan keçmədiyinə görə Vaşinqton şəhərində digər bir məhkəmə ilə üzləşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG