Accessibility links

Manas Çamlı: Qüds qüvvələri bu qədər güclü idisə, niyə öz komandanını qoruya bilmədi?


Manas Çamlı

Manas Çamlı Amerikanın Səsi ilə söhbətdə keçən noyabr ayında baş qaldıran xalq etirazları ardından İranda ortaya çıxan siyasi atmosfer və qarşıdan gələn parlament seçkiləri haqqında danışıb.

Manas Çamlı Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:15:18 0:00

Siyasi fəal həmçinin, İranın elitar Qüds Korpusunun komandanı Qasim Süleymaninin yanvarın 3-də Bağdad beynəlxalq hava limanında Amerikanın hava zərbəsi nəticəsində öldürülməsi hadisəsini dəyərləndirib.

Ən çox sıxıntının yaşandığı dönəmdə hər hansı qanat iş üstündə olsa, o qanat məsul görüləcək. İndi islahatçılar iş üstündə olduğu üçün yəqin ki, mühafizəkarlar seçkilərdə bundan tam istifadə edəcəklər.

Manas Çamlının dediklərinə görə, son illərdə İranda baş qaldıran kütləvi etirazlarda ortaya qoyulan tələblər bütün siyasi cərəyanların yürütdüyü siyasətə böyük təsir göstərəcək.

“Hər bir siyasi cərəyan istər islahatçı, istər mühafizəkar və ya birbaşa İran İslam Respublikasını devirmək istəyən müxalif qruplar olsun, xalqın tələblərinə baxaraq bir siyasət irəlilətməlidirlər. Yəni hərkəs o hərəkatı cəzb etmək və ya hətta sahiblənmək istər,” o ifadə edir.

Güneyli fəalın dediklərinə görə, “son etirazlarda 1500-ə yaxın insanın öldüyü deyilir. Təqribən 6 min insan da tutulub. Mühafizəkar kəsim deyir ki, işin başında olan adam prezident Ruhanidir və o da reformçuların cəbhəsindədir. Hər şeyi onun başına yıxırlar. Reformçular da bunu ortaya qoyurlar ki, prezidentin əlində çox şey yoxdur və rəhbərin müdaxiləsi vardır.”

Manas Çamlı hesab edir ki, xüsusilə keçən noyabr ayında baş verənlər və onun nəticələrindən ən çox zərəri islahatçı qruplar görəcək.

“Ən çox sıxıntının yaşandığı dönəmdə hər hansı qanat iş üstündə olsa, o qanat məsul görüləcək. İndi reformçular iş üstündə olduğu üçün yəqin ki, mühafizəkarlar seçkilərdə bundan tam istifadə edəcəklər.”

Qasim Süleymani Yəmən, Suriya və İraqda İranın şiə ayparası planı və terrorçu qruplara lojistik və hərbi dəstəyi istiqamətində vəzifələnən qurumun başındaydı.

Manas Çamlı həmçinin, bu günlərdə yanvarın 3-də Bağdad beynəlxalq hava limanında Amerikanın hava zərbəsi nəticəsində öldürülən İranın elitar Qüds Korpusunun komandanı Qasim Süleymani haqqında fikirlərini Amerikanın Səsi ilə bölüşüb.

Onun fikrincə, Qasim Süleymaninin öldürülməsi Qüds qüvvələrinin iddia edildiyi qədər güclü olmadığını göstərir.

“Qasim Süleymani Yəmən, Suriya və İraqda İranın şiə ayparası planı və terrorçu qruplara lojistik və hərbi dəstəyi istiqamətində vəzifələnən qurumun başındaydı... Burada bir məsələ var ki, Qüds korpusu bu qədər güclü bir qurum idisə, nədən öz komandanını qoruya bilmədi. Demək ki, çox güclü qurum deyilmiş” - deyə, Manas Çamlı əlavə edir.

XS
SM
MD
LG