Accessibility links

Qubad İbadoğlu: Azərbaycanda pul bazasında manat 41,6 faiz azalıb


İqtisad elmləri doktoru Qubad İbadoğlu Mərkəzi Bankın ölkədə valyuta bazarına təsirlərinin azalmaqda davam etdiyindən yazıb. Onun Facebook səhifəsində dərc etdiyi şərhində deyilir ki, ölkədə dollarlaşma sürətlə artmaqdadır.

Cəmi depozit bazasının valyutalar üzrə struktur təhlili göstərir ki,
oktyabrın 1-ə bankların cəlb etdiyi əmanətlərin 75,4 faizini dollarla əmanətlər təşkil edir. Azərbaycan iqtisadiyyatında dollarlaşma səviyyəsinin belə sürətlə yüksəlməsi pul-kredit siyasətinin tənzimləmə effektini aşağı salır. Yığım, alqı-satqı və kreditlərdə dollarlaşmanın sürətlə artımı Mərkəzi Bankın apardığı monetar siyasətin təsirlərini azaltmaqla yanaşı, manatla olan pul kütləsini də aktiv dövriyyədən çıxarır, onu passiv anbar qalığına çevirməklə azaldır. Rəsmi məlumata görə, dekabr ayının 1-ə, Azərbaycanda manatla pul bazası 6 milyard 730 milyon manat olub ki, bu da son bir ayla müqayisədə 4,6 faiz, son 1 ilə nisbətdə isə 41,6 faiz azdır. Bu vəziyyətdə də Mərkəzi Bankın tənzimləmə əməliyyatları yalnız həcmi azalan manatla olan pul kütləsinə təsir imkanına malik olur. Dekabrın 18-də Federal Ehtiyat Sisteminin bankların uçot dərəcəsinin qaldırmaq barədə qərarından sonra ABŞ dollarının valyuta bazarlarında hökmran mövqeyinin daha da möhkəmlənməsi milli iqtisadiyyatda dollarlaşma səviyyəsini yüksəltməklə manatın taleyi üçün mövcud narahatlığı daha da artırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG