Noyabrın 3-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracında manatın məzənnəsi 1,6580 AZN/USD olub. Bu son illər dolların manata nisbətdə ən yüksək məznnəsidir.
Azərbaycan Mərkəzi Bankı (AMB) isə ABŞ dollarının noyabrın 4-nə rəsmi məzənnəsini 1,6596 AZN/USD səviyyəsində müəyyən edib.
Noyabrın 2-də 1 ABŞ dolları 1,6490 manat olub.
Bu, iki devalvasiyadan sonra dolların manata nisbətən ən yüksək məzənnəsidir.
Ötən aylarda rekord göstərici 2016- cı il martın 11-də qeydə alınmışdı: 1USD-1,6456AZN.