Accessibility links

Mancester hücumu ilə əlaqəli daha şəxs həbs edilib


İngiltərədə Mancester hücumu ilə əlaqəli 25 yaşlı şəxs həbs edilib. Sayca 12-ci olan bu şəxsin 22 nəfərin ölümü ilə nəticələnən hücumda əli olduğundan şübhələnilir.

Mançester şəhərində partlayış törədən intiharçı bomba hücumçusunun qardaşı və atası Liviyada həbs edilib. Bunu Liviya anti-terror qüvvələrinin sözçüsü Əhməd ben Salem​ bildirib.

O, intiharçı bomba hücumçusu olmaqda şübhələnilən Salman Abedinin kiçik qardaşı Haşimin Tripoli şəhərində həbs edildiyini deyib.

Bin Salemin Röyters agentliyinə bildirdiyinə görə, Salman Abedinin iki qardaşı onunla bu yaxınlarda əlaqə saxlayıb və Haşimin hücumla bağlı planlardan xəbəri olub.

Polis Mançesterdə reydlər keçirməyə davam edir.

Mançesterdə keçirilən konsertdə baş verən partlayış nəticəsində 59 nəfər yaralanıb.

Partlayış amerikalı müğənni Ariana Qrandenin konsertindən bir neçə dəqiqə sonra baş verib.

XS
SM
MD
LG