Accessibility links

Mançester hücumçusunun atası və qardaşı həbs edilib


Mançester şəhərində partlayış törədən intiharçı bomba hücumçusunun qardaşı və atası Liviyada həbs edilib. Bunu Liviya anti-terror qüvvələrinin sözçüsü Əhməd ben Salem​ bildirib.

O, intiharçı bomba hücumçusu olmaqda şübhələnilən Salman Abedinin kiçik qardaşı Haşimin Tripoli şəhərində həbs edildiyini deyib.

Bizdə onun və qardaşının İŞİD ilə əlaqəsi olduğuna dair dəlil var. Biz onu bir ay yarımdan çoxdur izləyirdik.
Əhməd bin Salem

Bin Salemin Röyters agentliyinə bildirdiyinə görə, Salman Abedinin iki qardaşı onunla bu yaxınlarda əlaqə saxlayıblar və Haşimin hücumla bağlı planlardan xəbəri olub.

“Bizdə onun və qardaşının İŞİD ilə əlaqəsi olduğuna dair dəlil var. Biz onu bir ay yarımdan çoxdur izləyirdik”, Əhməd ben Salem bildirib.

Mançesterdə konsert zamanı hücumda həlak olan insanların xatirəsi anılır
Mançesterdə konsert zamanı hücumda həlak olan insanların xatirəsi anılır

Bomba hücumunu həyata keçirməkdə şübhələnilən Abedi İngiltərədə anadan olub. Onun Tripolidə yaşayan atası da saxlanılıb.

Bu, tamamilə aydındır ki, burada şəbəkədən söhbət gedir. Biz bunu təhqiq edirik.
İyen Hopkins

Britaniya polisi çərşənbə günü bildirib ki, Mançester şəhərində amerikalı pop müğənni Ariana Qrandenin konsertində bomba hücumu törədən intharçının tək hərəkət etmədiyi aydındır.

“Bu, tamamilə aydındır ki, burada şəbəkədən söhbət gedir. Biz bunu təhqiq edirik”, Mançester polis idarəsinin rəisi İyen Hopkins bildirib.

Britaniya polisi Mançerter şəhərində konsert zamanı çox sayda insanın ölümülə nəticələnmiş bomba hücumu ilə əlaqədar daha beş nəfəri həbs edib.

Beşinci şübhəli Mançesterin qərbindəki Viqan şəhərində saxlanılıb. Bu beş nəfərin şəxsin hücumla necə əlaqəsi olduğuna dair heç bir məlumat verilməyib.

Polis Mançesterdə reydlər keçirməyə davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG