Accessibility links

Manilada kazinoya hücumda 36 nəfər həyatını itirib


Manilada Dünya istirahət mərkəzində yanğın. 1 iyun 2017
Manilada Dünya istirahət mərkəzində yanğın. 1 iyun 2017

Kazino fişlərini oğurlayıb qaçmaq istəyən silahlı şəxsin oyun stollarını yandırması səbəbindən çıxan yanğında 36 nəfər tüstüdən boğulub.

Filippin polisinin verdiyi məlumata görə, cümə günü Manilada yerləşən kazinoda yanğın baş verib. Dünya istirahət mərkəzində kazino fişlərini oğurlayıb qaçmaq istəyən silahlı şəxsin oyun stollarını yandırması səbəbindən çıxan yanğında 36 nəfər tüstüdən boğulub.

Polis rəisi Oskar Albayaldenin bildirib ki, bütün cəsədlər yanğınsöndürənlər tərəfindən binadan çıxarılıb.

“Ən son məlumata görə, bu gün səhər saatlarında Dünya istirahət mərkəzində baş verən yanğında 36 nəfər boğularaq həyatını itirib. Cinayətkar da evində intihar etmiş vəziyyətdə tapılıb. Bununla da ölənlərin sayı 37-yə çatıb.”

Polis rəisinin bildirdiyinə görə, ölənlər arasında güllə yarası alan olmayıb

Səlahiyyətli orqanların verdiyi xəbərə görə, yanğının terrorçu hücumu olmasına dair heç bir dəlil yoxdur. İnsidentin səbəbi soyğunçuluqla əlaqələndirilir. İntihar etmiş cinayətkarın evində kazino fişləri tapılıb.

Dünya istirahət mərkəzində baş verən yanğın Manila küçələrində insanlar arasında təlaş yaradıb.

Yanğından qaçmağa çalışarkən onlarla insan yaralanıb.

Dünya istirahət mərkəzi rəsmilərinin bildirdiyinə görə, ölənlərin 13-ü mərkəzin işçisi, 23-ü isə müştərilər olub.

XS
SM
MD
LG