Accessibility links

WikiLeaks-ə məxfi sənədləri ötürdüyünə görə məhkum edilmiş transgender əsgərin sui-qəsd xəbəri təsdiqlənib


Həbsdə olan transgender ABŞ əsgəri Çelsi Manninqin vəkilləri onun intihara cəhd etdikdən sonra xəstəxanaya aparıldığı barədə mətbuatda yayılan xəbərləri bir həftədən sonra təsdiqləyib. Manninq məxfi məlumatların açıqlanmasına görə məhkum edilib.

Onun vəkilləri iyulun 5-i Kanzas ştatının Fort Levenvors hərbi məhbəsində baş vermis hadisə ilə bağlı təfərrüatları açıqlamayıb. 28 yaşlı Çelsi Manninq 35 illik həbs cəzasını bu həbsxanada çəkir.

İraqda xidmət edən sabiq hərbi kəşfiyyat analitiki olmuş Manninq 700 mindən çox məxfi sənəd, məxfi yazışmalar, videolar və hərbi əməliyyatlara dair hesabatları 2013-cü ildə WikiLeaks təşkilatına açmaqda günahkar tanınıb.

WikiLeaks bu məlumatları daha sonra ictimaiyyətə açıqlayıb. ABŞ prokurorları bunu Birləşmiş Ştatlar tarixində məxfi sənədlərin ictimaiyyətə ilk ən böyük sızması adlandırıb.

Manninqin sui-qəsdə cəhd etməsi haqda xəbər ilk dəfə ötən həftə verilib.

Xəbər orqanlarına ünvanlanan email-də Manninqin vəkilləri ABŞ ordusunu məxfilik protokolunu pozaraq, onun xəstəxanaya aparıldığı xəbərini ictimailəşdirməkdə ittiham edib.

Onlar eyni zamanda Manninqə bir neçə həftə həbsxanada yaxından nəzarət ediləcəyini bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG