Accessibility links

Çelsi Manninq hərbi məhbəsdən azad edilib


2010-cu ildə 700 min-dən çox məxfi hərbi və diplomatik məlumatları WikiLeaks-ə sızdıran ABŞ ordu əsgəri 35 il həbs müddətinin yeddi ilini məhbəsdə keçirdikdən sonra bu gün azadlığa buraxılır.

Çelsi Manninqin vəkilləri və ordu rəsmiləri təhlükəsizlik səbəbindən onun Fort Leavenworth hərbi məhbəsindən çıxma saatını açıqlamayıb.

İraqda sabiq kəşfiyyat analitiki olan və o zaman Bredli Manninq adı ilə tanınan hərbiçi 2013-cü ildə Dövlət Departamentinin sənədləri və döyüş zamanı çəkilən videoları sızdırmaqda təqsirli bilinərək həbs edilib.

Manninq Casus Aktının kobun şəkildə pozulması da daxil olmaqla 20 maddə üzrə ittiham edilirdi.

Onun həbs müddəti yanvar ayında sabiq prezident Barak Obama tərəfindən azaldılıb.

Manninq məhkum olunandan sonra onun transseksual olduğu aydın olub. Onun vəkillərinin bildirdiyinə görə Manninq həbsxanada zorakılıqlara məruz qaldıqdan sonra ötən il iki dəfə intihara cəhd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG