Accessibility links

Molla Əxtar Mənsurun Pakistan pasportu korrupsiya, ya əlbirlik işarəsidir?


Pakistanın daxili işlər naziri Əhsən İqbal bu yaxınlarda parlamentin yuxarı palatasının Əfqanıstan öldürülən Talibanın lideri Molla Əxtar Mənsurun hansı yolla Pakistan pasportu əldə etməsinə dair müraciətinə cavab verib.

Mənsur 2016-cı ilin may ayında İrandan qayıdarkən ABŞ-ın hava zərbələri nəticəsində öldürülüb.

Pakistanın həm pasportu, həm də şəxsiyyət vərəqəsinə malin olan Mənsur səlahiyyətli rəsmilərdən oizlənmək məqsədi ilə Vali Məhəmməd ləqəbini daşıyırdı.

Əhsən İqbal
Əhsən İqbal

​Onun sənədinin sosial mediada əks etdirilməsi beynəlxalq medianın onun nə yolla qanuni Pakistan pasportu əldə etməsinə dair sualları ilə qaşılanıb.

Tənqidçilər Pakistan hökumətinin nümayəndələrinin Mənsura rəsmi sənəd əldə etməsinə yardım etdiyini düşünür.

Milli təhlükəsizlik təşkilatının terrorçu liderə necə qanuni Pakistan pasportu verməsini bilmək bizim haqqımızdır

Pakistanın daxili işlər naziri Əhsən İqbal bu yaxınlarda Mənsuru pasportla Milli Məlumat Mərkəzi və Qeydiyyat Mərkəzinin (NADRA) təmin etdiyini etiraf edib.

Hökumət Əfqanıstan yaraqlılarının liderinin səyahət sənədlərinin araşdırılmasından sonra NADRA-nın 3 işçisini vəzifəsindən kənarlaşdırıb.

Molla Əxtar Mənsurun vurulduğu an
Molla Əxtar Mənsurun vurulduğu an

Mənsurun pasport almasına yardım edənlərin bəzilərinin adı administrasiyanın korrupsiya qalmaqalında hallanır.

“Hökumət korrupsiya və korrupsiyada iştirak edənlərə qarşı ciddi ölçülər götürməsə, bu kimi insidentlər qaçılmaz olacaq” - deyə, Lahordan təhlilçi Həsən Əsgəri Rizvi Amerikanın Səsinə bildirib.

Qanunverici və Pakistanın Xalq Partiyasının üzvü Fərhat Ullah Babər hesab edir ki, hökumətin parlamentə cavabı qeyri-adekvatdır.

“Milli təhlükəsizlik təşkilatının terrorçu liderə necə qanuni Pakistan pasportu verməsini bilmək bizim haqqımızdır” - deyə Babər Amerikanın Səsinə bildirib.

Təndiqçilər hesab edir ki, NADRA kimlik prsedurlarını qanuna uyğun şəkildə aparmır və daxildən yadım olmasa heç kim saxta kimlik əldə edə bilməz.

XS
SM
MD
LG