Accessibility links

Stiven Manuçin yeni maliyyə naziridir


Bazar ertəsi ABŞ Senatı prezident Donald Trampın maliyyə naziri vəzifəsinə nominasiya etdiyi keçmiş Wall Street icraçısı Stiven Manunçinin namizədliyini təsdiq edib.

Manuçin 53 leyhinə 47 əleyhinə səsvermə nəticəsi ilə təsdiq olunub. Bir demokratdan başqa digər bütün demokrat senatorlar onun əleyhinə səs verib.

Təsdiq dinləməsində onun əleyhinə çıxış edən Demokratlar Manuçinin 2008-2009 maliyyə böhranı zamanı iflas edən Kaliforniya bankına başçılıq etdiyini xatırladıblar.

Lakin Senatın Maliyyə Komitəsinin sədri respublikaçı senator Orrin Hatç Demokratların etirazlarını rədd edərək deyib ki, Manuçin bu vəzifə üçün lazım olan “geniş təcrübə, mandat və kvalifikasiyalara sahibdir.

Namizədliyinin təsdiqindən bir qədər sonra Manuçin prezident Donald Trampın iştirak etdiyi mərasimdə Ağ Evin Oval Ofisində vitse-prezident Mayk Pens tərəfinən and içdirilib.

Manuçin “təklif iqtisadiyyatı” adlanan iqtisadiyyat modelini dəstəkləyir. Bu modelə əsasən, vergilərin azaldılması əlavə iqtisadi aktivlik yaradır və beləliklə rifahı və hökümətin vergi gəlirlərini artırır.

Onun fəlsəfəsi Konqresdə vergiləri azaltmaq istəyən Respublikaçılarla uyğunlaşsa da, Demokratların qəzəbinə səbəb olur.

Manuçin Demokratlar tərəfindən böyük müqavimətlə üzləşən Trampın kabinet üzvlərindən biridir. Respublikaçılar isə bu müqaviməti mənasız və səmərəsiz olarq görür.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG