Accessibility links

"Maqnitski Aktı" ABŞ Senatından keçdi


Dekabrın 17-də ABŞ Senatında Maqnitski aktının qəbulunun müzakirəsinə başlanıb. Uzun müzakirələrdən sonra qanun dəyişiklik edilməklə böyük səs çoxluğu ilə qəbul edilib.

Senator Benjamin Kardinin müzakirəyə açdığı Maqnitski Aktına senator Makkonnell dəyişiklik təklif edib. Dəyişiklik razılaşdırıldıqdan sonra qanun Senat tərəfindən qəbul edilib.

Bundan sonrakı mərhələdə ABŞ Nümayəndələr Palatası qanunu qəbul etməlidir. Artıq qanun Nümayəndələr Palatasına göndərilib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Rusiyada insan haqlarını pozan və işgəncələrə görə məsuliyyət daşıyan bir qrup məmura qarşı sanksiyaları nəzərdə tutan “Maqnitski siyahını” imzalayaraq təsdiqlənmək üçün Konqresə göndərmişdib. “Reuters” agentliyinin Konqresdəki mənbələrə istinadən yaydığı xəbərə görə siyahıda 18 nəfərin adı yer alır.

Rusiyalı vəkil, “Hermitage Capital” şirkətinin hüquqşünası Sergey Maqnitski yüksək ranqlı məmurların offşor zonalardakı biznesini açdığı üçün həbs olunub və həbsxanada qəddar rəftar üzündən ölüb. Rəsmi Moskva isə Maqnitskinin ürək tutmasından öldüyünü təkid edir.

Sanksiyalar adları siyahıya daxil olunanların bank hesablarına və digər aktivlərinə həbs qoyulmasını, habelə onların ABŞ-a girişinin qadağan olunmasını nəzərdə tutur.

XS
SM
MD
LG