Accessibility links

Marağada ana dili günü müraciəti imzalayan tələbələr təzyiq altında


Dünya Ana Dili Günü münasibətilə Şərqi Azərbaycan vilayəti Marağa Universitetində türk dili və ədəbiyatı bölümünün açılması tələbi ilə petisiya imzalayan tələbələrin universitetdən qovulmaqla təhdid edildiyi bildirilir.

Bu barədə sosial media, həmçinin Urmiyədə fəaliyyət göstərən Yol Press saytında məlumat yayılıb.

21 fevral Dünya Ana Dili Günü münasibətilə Marağa Universitetində fəaliyyət göstərən “Azərbaycan Tanıtım Ocağının” hazırladığı bir petisiya universitetin təqribən 950 tələbəsi tərəfindən imzalanmışdı.

Yol Press-in məlumatına görə, bu təşəbbüsün koordinatoru olan tələbə fəal Salar Sərkeşidən “48 saat içində təsfiyə edib universitetdən ayrılması” tələb olunub.

Salar Sərkeşi mövzu ilə bağlı Yol Press saytına belə deyib:

“Keçən il Marağa Universitetində türkcənin 2 kredit seçimli kurs olaraq tədris olunmasına tələbələr geniş rəğbət göstərdi. Biz də universitetdə türk dili və ədəbiyyatı bölümünün açılması üçün qanuni şəkildə 900-dən artıq imza toplayıb universitetin rektoruna verdik. Sonra təhlükəsizlik qurumu mənim tələbə kartımı alıb, dedi ki, 48 saat içində təsviyə edib universiteti tərk etməlisən!”

Sosial mediada yayılan məlumata görə, universitetin təhlükəsizlik qurumu qız yataqxanasında tələbələri universitetdən qovulmaqla təhdid edərək imzalarını geri götürmələrini tələb edib.

XS
SM
MD
LG