Accessibility links

İran universitetlərində türk dilinin tədrisi ilə bağlı problemlər


İranın xüsusilə Azərbaycan vilayətlərində yerləşən universitetlərində tələbələr imza kampaniyaları təşkil edib və ya mitinqlər keçirərək türk dili və ədəbiyyatının tədrisini tələb edirlər.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) xəbərinə görə, bu günlərdə Şərqi Azərbaycan vilayətində Əhər Azad Universitetinin 250 tələbəsi universitet məsullarına məkub ünvanlayaraq türk dili və ədəbiyyatının tədrisini tələb ediblər.

Tələbələr İran konstitusiyasının 15-ci maddəsinə istinad edərək bu tələbi gündəmə gətiriblər.

Bəziləri belə təsəvvür edirdi ki, biz Təbrizdə Azərbaycan Respublikasının ədəbiyyatını tədris edəcəyik. Bu çox yanlış bir təsəvvür idi.
Əhməd Fərşbafiyan

Konstitusiyanın 15-ci maddəsində qeyri-fars dillərin məhdud şəkildə tədrisinə icazə verilib. Amma İran rəsmiləri bu maddəni fərqli şəkildə şərh edirlər. Bir çox iranlı siyasətçi bu maddənin dövlət qurumları üzərinə hər hansı məsuliyyət gətirmədiyini irəli sürür.

Hazırda Təbriz Universitetində təsis edilmiş türk dil və ədəbiyyatı bölümündən əlavə, türkcə 2 kredit seçimli kurs olaraq Urmiyə və Marağa universitetlərində də tədris olunur.

Keçən aylarda tələbələr tərəfindən təşkil olunan mitinqlər və imza kampaniyalarının ardından Urmiyə Texniki Universiteti və Təbrizin Azərbaycan Şəhid Mədəni Universiteti məsulları da türkcənin 2 kredit seçimli kurs olaraq tədrisinin başlayacağına dair vəd veriblər.

Amma bu vədlərin verilməsi və bəzi universitetlərdə yerinə yetirilməsi türk fəallar və tələbələri razi etmir. Onlar bu bölümlərin fəaliyyət formasını, təyin olunan müəllimlər və tədris olunan mövzuları təndiq edirlər.

Bu universitetlərdə türk dili və ədəbiyyatının tədrisi ya bölümün idarəsi Azərbaycan Respublikası və Türkiyəyə zidd düşüncələri ilə tanınan müəllimlərə tapşırılır.

Əhməd Fərşbafiyan, Təbriz Universitetində Türk Dili və Ədəbiyatı bölümünün başqanı
Əhməd Fərşbafiyan, Təbriz Universitetində Türk Dili və Ədəbiyatı bölümünün başqanı

Təbriz Universitetində Türk Dili və Ədəbiyyatı bölümünün başqanı Əhməd Fərşbafiyan Anaj agentliyinə müsahibədə deyib ki, “başqa bir ölkənin ədəbiyatını tədris etməyi lazim görmürük.”

Tələbələr türkcənin tədrisinə dair tələblərini İran konstitusiyasının 15-ci maddəsinə istinadən gündəmə gətirirlər.

“Bəziləri belə təsəvvür edirdi ki, biz Təbrizdə Azərbaycan Respublikasının ədəbiyyatını tədris edəcəyik. Bu çox yanlış bir təsəvvür idi. Mən daha öncə də demişdim, biz Təbrizdə azəri dili və ədəbiyyatını, yəni İran Azərbaycanının ədəbiyyatını tədris edirik.”

Amerikanın Səsinin həmin kurslarda iştirak edən tələbələrdən əldə etdiyi məlumata görə, seçimli kurs və ya bölümün adında “türk” sözünə yer verilsə də, müəllimlər sinifdə “azəri” sözünə üstünlük verib və bəzi hallarda İranda çap olunmuş mənbələrə istinad edərək “türk” kimliyini rədd edirlər.

Urmiyə Texniki Universitetində türkcənin iki kreditlik seçimli kurs olaraq tədris olunacağına dair vəd verən universitet rektoru Cəfər Abdullahi-Şərif isə “Fars” xəbər agentliyinə müsahibədə tədris üçün isritifadə ediləcək mənbələrin diqqətlə seçiləcəyini vurğulayıb.

“Mənbə məsələsi çox önəmlidir. Məzmun da elə olmalıdır ki, milli istiqaməti olsun və sui-istifadəyə və ölkədə ixtilafa yol verməsin,” deyə Abdullahi-Şərif qeyd edib.

XS
SM
MD
LG