Accessibility links

Mardində partlayış baş verib


Cümə axşamı Türkiyənin cənub-şərqində vilayət valisinin evində baş verən partlayış nəticəsində vali özü daxil olmaqla üç nəfər həlak olub.

Partlayış Suriya sərhədindən 40 kilometr uzaqlıqda yerləşən Mardin əyalətinin Derik şəhərində baş verib.

Türkiyə dövlət mediasının verdiyi məlumata görə, partlayışın səbəbi Kürdistan Fəhlə Partiyası (PKK) üsyançılarının raket hücumu olub. Məlumatda həmçinin təhlükəsizlik qüvvələrinin hücumu həyata keçirən terrorçuları axtardığı bildirilir.

PKK otuz ildir qiyam apardığı Türkiyənin cənub-şərqində tez-tez hücumlar həyata keçirir.

Qiyamçılar və hökümət arasında atəşkəs üç il davam etsə də, bir il öncə prezident Rəcəb Tayyib Ərdoğanın PKK-nin kökünü kəsmək kampaniyası başlaması ilə atəşkəs pozulub. Türkiyə, Birləşmiş Ştatlar və Avropa İttifaqı PKK-nı terrorçu təşkilat hesab edir.

Münaqişə ərzində 1984-cü ildən bəri 40 mindən çox insan ölüb.

XS
SM
MD
LG