Çərşənbə axşamı Birləşmiş Ştatların Vircin Adalarını vuran Mariya qasırğası bu gün Puerto-Rikoya çatacaq.
Birləşmiş Ştatların Qasırğa Mərkəzi sürəti saatda 280 km. olan küləyin Seint-Kroy adasına güclü yağışlarla yaxınlaşdığını, adada həyata təhlükə olan sellərə və torpaq sürüşmələrinə səbəb ola biləcəyini bildirib.
Mərkəzin dediyinə görə, təhlükəli potensiala malik olan fırtına Puerto-Rikoya bu gecə 4 və ya 5 kateqoriya ilə çataçaq.
Poert-Rikonın qubernatoru Rikardo Rosello qasırğanın Birləşmiş Ştatlar ərazisinə böyük ziyan vurmasının qaçılmaz olduğunu və artıq 500-dən çox çadır hazırlandığını deyib.
ABŞ prezidenti Donald Trump Puerto-Riko və ABŞ-ın Vircin Adalarında fövqəladə vəziyyət elan edib. Prezident bütün yardım işlərini əlaqələndirmək üçün Milli Təhlükəsizlik İdarəsinə və Federal Təcili Yardım Agentliyinə səlahiyyətlər verib.
Bu ayın əvvəli Atlantik Okeanın ən şiddətli qasırğası hesab edilən İrma qasırğası Vircin adaları, Antiqua və Barbuda, eləcə də Sent Martin adalarının bəzilərinə böyük zərər deyib. Nəticədə 80 nəfər ölüb.