Accessibility links

"Mariya" sürətini itirir


Mariya qasırğası şimala irəlilədikcə zəifləyir.

ABŞ-ın Milli Qasırğa Mərkəzi qasırğanın sürətini itirməsinə baxmayaraq, hələ də dağıdıcı gücə malik olduğu barədə xəbərdarlıq yayıb.

4-cü kateqoriya ilə Puerto-Rikonu dağıdan Mariya hazırda 2-ci kateqoriya ilə 165 km/saatla irəliləyir.

Mariya qasırğası şiddətli yağışlarla Puerto-Rikonu təsirinə məruz qoyub. İşiqlar kəsilib, bir çox yeri su basıb, bir nəfər həlak olub.

Təsir 14 adamın həlak olduğu Dominikan Respublikası ilə müqayisədə az olsa da, hələ də ciddi hesab edilir.

Son 90 ildə ABŞ ərazisi olan Puerto-Rikoda bu, ən şiddətli təbii fəlakətdir. Qasırğanın vurduğu ziyanın dəyəri 3.4 milyon təşkil edir. Lakin icmalar heç bir kommunikasiyaya malik olmadan tədric olunmuş vəziyyətdədir.

Puerto-Rikonun Fövqəladə Hallar Agentliyinin rəhbəri Abner Qomez deyib ki, qasırğa qarşısına çıxan hər yeri viran edib.

Birləşmiş Ştatların Qasırğa Mərkəzi əvvəlcədən sürəti saatda 280 km. olan və güclü yağışlarla müşayiət olunan qasırğanın çərşənbə günü Puerto-Riko adasına yaxınlaşacağını proqnozlaşdırmışdı.

Bundan əvvəlki İrma qasırğası Puerto-Rikodakı binaların 70 faizini enerjisiz buraxmışdı və təqribən 1 milyona yaxın zərər vurmuşdu.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG