Accessibility links

Mariupol meri şəhərdə 100 min vətəndaşın qaldığını deyir


Mariupol sakini Ukrayna-Rusiya münaqişəsi zamanı ciddi ziyan dəymiş yaşayış binasının yaxınlığındakı oturacaqda oturub, 2 may 2022-ci il.
Mariupol sakini Ukrayna-Rusiya münaqişəsi zamanı ciddi ziyan dəymiş yaşayış binasının yaxınlığındakı oturacaqda oturub, 2 may 2022-ci il.

Ukraynanın mühasirədə olan Mariupol şəhərinin meri çərşənbə axşamı bildirib ki, şəhərdə 100 min vətəndaş qalmaqdadır. Eyni zamanda, Ukrayna rəsmiləri bombalanmış polad zavodunu tərk edə bilən ilk qrup insanların gəlişini gözləyir.

Mer Vadim Boyçenko bildirib ki, hələ də şəhərdə olanlar arasında Azovstal dəmir-polad zavodunun altındakı bunkerlərdə və tunellərdə ilişib qalan mülki şəxslər də var. Mülki şəxslərlə birlikdə orada 2000 ukraynalı əsgərin də olduğu bildirilir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bazar ertəsi indiyədək zavodu yalnız mülki şəxslərin tərk edə bildiyini və Ukrayna hökumətinin içəridə gizlənən əsgərlərin təxliyəsi üçün danışıqları davam etdirdiyini bildirib.

Təxliyə edilmiş mülki şəxslər təxminən 200 kilometr məsafədə yerləşən Zaporojjiya şəhərinə yola düşüb. Lakin onların irəliləyişinin ləng olduğu bildirilir.

Rusiya ordusu bazar xəbər verib ki, polad zavodundan çıxan 69 nəfər Ukraynanın nəzarətində olan ərazilərə təxliyə olunmağı, 57 nəfər isə Rusiyanın nəzarətində olan ərazilərdə qalmağı seçib.

Lakin daha əvvəl Ukrayna Moskvanı ukraynalıları öz iradələri olmadan Rusiyaya aparmaqda ittiham edib. Moskva isə bu ittihamı rədd edir.

Ukrayna prezidenti Volodimir Zelenksi bazar ertəsi Yunanıstan dövlət televiziyasına deyib ki, polad zavodunda qalan mülki şəxslər Rusiyaya aparılmaqdan narahat olduqları üçün avtobuslara minməkdən çəkinirlər.

İqtisadi təziqlər

Bu arada mayın 3-ü Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi, o cümlədən Rusiya neftinə məhdudiyyətlər təklif edəcəyi gözlənilir. Almaniya rəsmiləri bazar ertəsi bildirib ki, rəsmi Berlin Aİ-nin Rusiya neftinə qarşı tam embarqosunu dəstəkləyə bilər.

“Biz Almaniyanın neft embarqosuna davam gətirə biləcəyi vəziyyətə nail ola bilmişik” - deyə, İqtisadiyyat naziri Robert Habek deyib.

Zelenski bazar ertəsi etdiyi gecə video müraciətində bildirib: “Biz tezliklə Avropa İttifaqından yeni paket gözləyirik. Bu paket Rusiyanın enerji resurslarından əldə etdiyi gəlirlərin qarşısını almaq üçün aydın addımları özündə əks etdirməlidir”.

XS
SM
MD
LG