Belə bir yeni trend yaranıb: Texnologiya səhəsində pul qazanan bəzi sahibkarlar indi artıq marixuana sahəsinə yönəlib.
Erik Eskalo Apple şirkətinin baş meneceri idi. İndi isə o vaxtını tərkibində marixuana olan şokoladlar düzəltməyə həsr edir. Bu,onun üçün böyük olsa da, müsbət dəyişiklikdir.
Bəlkə də marixuana sahəsi bu dərəcədə böyük bazarın qara bazardan qanuni bazara çevrilməsinin şahidi olduğum yeganə sahə olacaq. İstehlakçılar artıq marixuananı istehlak edir. Gələn 10 il ərzində bütün dünyada marixuana inqilabı olacaq.Alan Gertner
“Mən San Fransisko Körfəz bölgəsində dünyaya gəlmişəm. Orada softveyr və texnologiya ilə əhatələnmişdim, həyətdə birlikdə oynadığım uşaqlar indi Facebook və Google-da çalışan mühəndislərdir. Mənin məhsul yaratmaq xoşuma gəlir. Marixuana da bizə bunu etmək imkanı yaradır,” deyə o bildirir.
Alan Gertner texnologiya dünyasını tərk edərək, Kanadanın Toronto şəhərində Tokyo tütün mağasını açıb və orada marixuana çəkən insanlar üçün aksesuarlar düzəldir.
“Mən üç il Google-ın Kaliforniyadakı baş qərargahında korporativ strategiya sahəsində çalışdım. Daha sonra üç il Asiyasadakı ofisində menecer vəzifəsində işlədim. Sonra mən 30 yaşına çatdım. Mən həyatımda ən çox vaxtı Google-da keçirmişdim və artıq fərqli nə isə axtarırdım,” Gertner söyləyir.
Alan təkcə iş yerini dəyişdirmədi. Marixuana dünyası da texnologiya sahəsi kimi sahibkarların pul qazanmaları üçün əlverişli sahədir.
“Bu imkana görə. Bəlkə də marixuana sahəsi bu dərəcədə böyük bazarın qara bazardan qanuni bazara çevrilməsinin şahidi olduğum yeganə sahə olacaq. İstehlakçılar artıq marixuananı istehlak edir. Gələn 10 il ərzində bütün dünyada marixuana inqilabı olacaq,” Gertner deyir.
ABŞ-da təkcə 8 ştat marixuanadan əyləncə məqsədli istifadəni leqallaşdırıb.
Kanadada isə marixuana hələ ki, qanuni olmasa da, 2018-ci ildə leqallaşdırılacaq.
Bir çox insan isə hələ də marixuananı təhlükəli narkotik olaraq görür.
“Marixuana hələ də tabudur. Mən anamla yeni işimlə bağlı söhbət etmək istəyəndə narahat idim, çünki anam həm asiyalı həm də katolikdir. Amma əslində o bu ideayaya açıq yanaşdı və indi bu şokoladlardan daimi olaraq yeyir,” deyə Eskalo bildirir.
Bəzi şübhələrə baxmayaraq, hazırda qanuni marixuana bazarı 8 milyard dollar dəyərindədir və 2021-ci ilədək 22 milyarda çıxacağı gözlənilir.
Bu isə ABŞ-da əyləncə məqsədilə istifadəsi sadəcə 5 il öncə leqallaşdırılan bir məhsul üçün çox böyük məbləğdir.