Vaxtilə stiqma sayılaraq Birləşmiş Ştatlar boyu qadağan edilən marixuananın hazırda ölkənin bir çox yerində, ilk növbədə dərman, sonra da rahatlaşmaq üçün bir vasitə olaraq istifadəsi qanuniləşdirilir. Lakin bundan rahatladıcı olaraq istifadə getdikcə artır. 70-80-ci illərdə marixuanadan istifadə edən gənclər indi qocalıb və bu ağrılarının azalması üçün istifadə edir.
Bir qrup pensiyaçı Cənubi Kaliforniyanın yaşadıqları yüksək şəraitli Laquna Vudsdan avtobusla Santa Anada yerləşən dispanserə gedir. Orada onlar yemək yeyir, loto oynayır və özlərinə gərək olan marixuananı alır. Treysi Vincetin 57 yaşı var. "Mən qaçmağı sevirəm və çox qaçıram. Son zamanlar dizlərim ağrımağa başlayıb. Bir nəfər mənə ot çəkməyi məsləhət gördü. Ağrılarıma kömək edəcəyini dedi" - deyə, o bildirir.
Hazırda marixuanadan istifadə etmək istəyənlər 65 və daha yuxarı yaşlı insanlardır. Onlardan bəziləri gənc ikıən də marixuana çəkib. 70 yaşlı Adel Frasella: "Mən 18, 19, 20 yaşlarında olanda da bundan istifadə edirdim. Sonra evləndim, uşağım oldu və çəkməyi dayandırdım. Arada çəkmək istəyirsən, lakin bir müddət sonra bunu etmirsən."
Santa Anada yerləşən Bud and Bloom dispanserdə bu yaşlı insanlara pulsuz avtobus və otdan təhlükəsiz istifadə üçün məsləhətlər verir. Doktor Bonni Qoldşteyn: "Biz bunun bəzi dərmanlarla qarşılıqlı təsirini bilməliyik. Ona görə də yaşlı bir adam qan durulması və ya iflic kimi xəstəliklərə qarşı bir neçə dərman qəbul edirsə, bunun hansı təsiri ola biləcəyini bilməliyik ki, həmin şəxs problemlərlə üzləşməsin.”
Yaşla əlaqədar bir sıra problemlər, o cümlədən, yuxusuzluq, gərginlik, artrit və ağrılar kimi problemələrə müsbət təsiri ilə razılaşsalar da, ekpertlər marixuana üzərində əlavə araşdırmaların aparılmalı olduğunu deyirlər.
Amerikada marixuanaya tələbat artdıqca ona aid qəlyan, yağ, müşdük, konfet kimi məmulatların da sayı artır. Beboe şirkətinin icraedici direktoru Skot Kampbell: “Bu onu göstərir ki, marixuana cəmiyyətdə bütün təbəqələrə artıq istifadə edilməyə başlayıb. Üç il, iki il bundan əvvəl Kaliforniyada dispanserə göndərilə bilərdiniz."
Marixuana hələ də federal qanuna görə qadağandır. Lakin Kaliforniya və Birıləşmiş Ştatların digər ona qədər ştatında marixuanadan həm tibbi sahədə, həm də sakitləşdirici kimi istifadəyə icazə verilir.